“Nabucco”nun ilk hissəsi istifadəyə verilib
“APA-ECONOMICS”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu nailiyyətə Macarıstan və Rumıniya imza atıb.
Arad-Seqed marşrutu üzrə 47 km-lik hissə Macarıstan və Rumıniyanın qazpaylayıcı sistemlərini birləşdirir. Macarıstanın “MOL” şirkəti tərəfindən tikilən bu hissə elə Macarıstan ərazisindən keçir. Bundan əvvəl isə Rumıniya ərazisində qaz kəmərinin 60 km-lik hissəsi açılıb. Həmin hissəni isə Rumıniyanın “Transgaz” şirkəti tikib.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.

Oxşar yazılar

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24