Mərkəzi Bank əməkdaşlarına təlimlər keçib
12 oktyabr 2010 17:08 (UTC +04:00)

Mərkəzi Bank əməkdaşlarına təlimlər keçib

Mərkəzi Bankın təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin (ATTF) ekspertləri Mərkəzi Bankda seminarlar keçirib.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ATTF-in eksperti Stefano Bragoli tərəfindən “Bazel II” mövzusunda keçirilən seminarda iştirakçılara Basel II Kapital Sazişinin tələblərinə əsaslanaraq bankın məcmu kapitalının hesablanmasındakı təkamülün mühüm aspektləri barəsində məlumat verilib.

İştirakçılar banklarda risklərin idarə edilməsi ilə məşğul olan bölmələrdə bir qayda olaraq qarşıya çıxan məsələlərin həllində istifadə olunan kredit risklərini ölçən mühüm nəzəri əsaslar və praktik üsullarla da tanış olublar. Seminarda ekspert nəzəri təqdimatlarla yanaşı, fəal fikir mübadiləsi təşkil edib, xüsusilə maliyyə risklərinə dair problemlərin həlli yolları araşdırılmış, praktik tapşırıqlar işlənib. Bir neçə mühüm riyazi və statistik konsepsiyalardan da bəhs edilib.

Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilən digər seminar ATTF-in eksperti Jerar de Bok tərəfindən aparılıb və “Kommunikasiya bacarıqları” mövzusuna həsr edilib. Seminarda ekspert iştirakçıları təşkilatlarda kommunikasiya prosesinin müxtəlif aspektləri və nəticələrinə dair real praktiki misallarla əsaslandırılmış məlumatla təchiz edib, iştirakçılara öz aralarında və mühazirəçi ilə fikir mübadiləsi aparmağa imkan yaradıb. Seminarda Mərkəzi Bankın müxtəlif departamentlərinin əməkdaşları ilə yanaşı internaları da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar