Nazirlərimizin maaşları nə qədərdir?
07 aprel 2010 16:30 (UTC +04:00)

Nazirlərimizin maaşları nə qədərdir?

Hazırda baş nazir Artur Rasizadənin aylıq maaşı 1925 manatdır

Azərbaycanda dövlət vəzifəsi tutan məmurlar arasında prezidentdən sonra ən yüksək maaşı baş nazir alır. Hazırda baş nazir Artur Rasizadənin aylıq rəsmi maaşı 1925 manatdır. Ən yüksək əməkhaqqına görə növbəti yeri 1700 manatla baş nazirin birinci müavini tutur.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir. Sərəncama əsasən, Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:

Tutduğu vəzifə

Əmək haqqının məbləği

Baş nazir

1925 manat

Baş nazirin birinci müavini

1700  manat

Baş nazirin  müavini

1625 manat

Nazirlər

1500 manat

Komitə sədrləri

1500 manat

Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədri

1500 manat

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri

1250 manat

Nazirin, Dövlət Komitəsi sədrinin,  Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin birinci müavini

1000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini, Mərkəzi İcra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini

875 manat

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin müavini

800 manat



Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları
Bakı şəhəri - 1500 manat
Gəncə və Sumqayıt şəhərləri - 875 manat

Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə:

Əhalisi 50 min nəfərdən çox olan rayonlar - 750 manat
Əhalisi 50 min nəfərədək olan rayonlar - 600 manat

Bundan başqa rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.
Beləliklə, Azərbaycanda baş nazirin illik maaşı 23100 manat, nazirlərin maaşları isə 18000 manatdır.

Elxan SALAHOV
# 1510

Oxşar yazılar