Teymur Rəcəbov autsayderə uduzub
26 mart 2013 07:32 (UTC +04:00)

Teymur Rəcəbov autsayderə uduzub

Londonda şahmat üzrə Iddiaçılar Turnirində IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə ukraynalı şahmatçı Vasili İvançukla qarşılaşıb.

 

Ötən gün Boris Gelfanda uduzan həmyerlimiz turnir cədvəlinin aşağı pilləsinə yuvarlanıb. Bu dəfə Rəcəbov birinci dövrədə məğlub etdiyi və hazırda yarışın autsayderi olan İvançuk üzərində ikinci qələbəsini qazanmaq üçün çıxmışdı. Lakin Teymur rəqibinə məğlub olub.

 

Digər görüşlərdə isə Vladimir Kramnik Maqnus Karlsenlə, Pyotr Svidler Aleksandr Qrişukla heç-heçə edib. Boris Gelfand isə Levon Aronyan üzərində qələbə qazanıb.

 

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.

 

25 mart

 

IX tur

 

Teymur Rəcəbov (Azərbaycan, 2793) – Vasili İvançuk (Ukrayna, 2757) – 0:1

Vladimir Kramnik (Rusiya, 2810) – Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5

Pyotr Svidler (Rusiya, 2747) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5

Boris Gelfand (İsrail, 2740) – Levon Aronyan (Ermənistan, 2809) - 1:0

 

Xal durumu: Karlsen – 6, Aronyan – 5,5, Kramnik – 5, Qrişuk, Gelfand – 4,5, Svidler – 4, İvançuk – 3,5 Rəcəbov – 3.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Oxşar yazılar