Prosineçki millinin heyətini açıqladı
20 avqust 2015 17:23 (UTC +04:00)

Prosineçki millinin heyətini açıqladı

Azərbaycan millisinin heyəti açıqlanıb.

Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək növbəti iki oyuna çağıracağı futbolçuları müəyyənləşdirib.

 

Sentyabrın 3-də Bakıda Xorvatiya, 6-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq millimiz bu matçlara hazırlıq məqsədilə gerçəkləşdirəcəyi toplanışa 30 futbolçu çağırılıb. 

 

Qapıçılar: Kamran Ağayev (“Karşıyaka”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Səlahət Ağayev (“İnter”)

 

Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Bədavi Hüseynov, Rəşad Sadıqov (hər ikisi “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi “Qəbələ”), Ruslan Abışov (“Xəzər Lənkəran”), Pavel Paşayev (“Metallurq” Zaporojye, Ukrayna)

 

Yarımmüdafiəçilər: Ürfan Abbasov, Rəşad Sadiqov, Elvin Camalov (hamısı “Qəbələ”), Seymur Əsədov (AZAL), Rəhman Hacıyev, Ruslan Qurbanov, Araz Abdullayev (hamısı “Neftçi”), Qara Qarayev, Cavid Tağıyev, Elvin Məmmədov, Əfran İsmayılov, Coşqun Diniyev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

 

Hücumçular: Elnur Cəfərov, Vüqar Nadirov (hər ikisi “Xəzər Lənkəran”), Məhəmməd Qurbanov (“Neftçi”), Rauf Əliyev (“İnter”), Nurlan Novruzov (“Zirə”), Eddi İsrafilov (“Eybar”, İspaniya)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Səlcuq Elçin

Oxşar yazılar