12 yaşlı qızı zorlamaqda  təqsirli bilinir: Olimpiadaya getdi
25 iyul 2024 19:33 (UTC +04:00)

12 yaşlı qızı zorlamaqda təqsirli bilinir: Olimpiadaya getdi

İngiltərədə bir qıza təcavüz etməkdə təqsirli bilinən voleybolçu Stiven van de Velde Paris Olimpiadasında yarışacaq, lakin keçmişinə görə xüsusi bir müəssisədə saxlanılacaq və mətbuata açıqlama verməyəcəyinə qərar verilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Hollandiya Olimpiya Komitəsi Van de Veldenin digər idmançılarla birlikdə Olimpiya kəndində yerləşməyəcəyini, ayrı bir yerdə olacağını açıqlayıb.

Onun oyunlar zamanı jurnalistlərlə əlaqə saxlamayacağı da bildirilib. Bu yolla Hollandiya Olimpiya Komitəsi “digər idmançılara sülh gətirmək” istəyir.

29 yaşlı Van de Velde 2014-cü ildə “Facebook”da tanış olduğu 12 yaşlı qurbanı ilə görüşmək üçün Hollandiyadan Böyük Britaniyaya gedib. Bundan az sonra o, dəhşətli cinayət törədib.

2016-cı ilin mart ayında hollandiyalı 12 yaşlı uşağa təcavüzdə dörd ittihamı qəbul edi və qeyri-müəyyən müddətə zorakılıq və seksual cinayətkarlar reyestrinə salınıb.

Eylsberi Kralııq Məhkəməsi onu Britaniya həbsxanasında 4 il müddətinə məhkum edib, lakin idmançı cəmi 12 aydan sonra sərbəst buraxılıb və çimərlik voleybolu karyerasını davam etdirməyə icazə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3900
avatar

Oxşar yazılar