
Nurməhəmmədovun məşqçisi Həbibi Məhəmməd Əli ilə müqayisə etdi
“Hesab edirəm ki, Həbib Nurməhəmmədov əfsanəvi boksçu Məhəmməd Əlinin müasir versiyası deyil. Baxmayaraq ki, onlar populyarlıqda oxşardırlar”.
APA-nın məlumatına görə, bunu yüngül çəki dərəcəsində UFC çempionu olan rusiyalı Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes deyib.
O, yetirməsinin peşəkar boksun əfsanəsi Məhəmməd Əli ilə müqayisə olunmasına münasibət bildirib. X.Mendes bu fikirlərlə razılaşmayıb: “Həbib bu status üçün lazım olan yolun yarıdan çoxunu qət edib. O, demək olar ki, hədəfə yaxındır. Məhəmməd Əli ilə digər MMA döyüşçüsünü – Yeni Zelandiya təmsilçisi İsrael Adesanyanı müqayisə etmək olar. O, Məhəmməd Əlinin müasir obrazına daha çox uyğun gəlir. Məndə də təəssürat yaradır. Adesanya yaxşı danışır, yumor hissinə malikdir, nə vaxt ciddi olmaq lazım gəldiyini başa düşür”.
Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39