Dünyanın ən məşhur idmançısı kimdir?
31 may 2017 07:16 (UTC +04:00)

Dünyanın ən məşhur idmançısı kimdir?

0

Kristiano Ronaldo dünyanın ən məşhur idmançısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə araşdırmanı ABŞ-ın ESPN telekanalı aparıb.

 

Amerikalı həmkarlarımızın bir çox ölkələrdəki mütəxəssislərin köməyi ilə apardığı sorğunun nəticəsinə görə, portuqaliyalı futbolçu hər kəsi qabaqlayıb.

 

Onu NBA ulduzu Lebron Ceyms izləyir. Üçüncülük isə “Barselona” və Argentina millisinin hücumçusu Lionel Messiyə məxsusdur.

 

Tennisçi Roje Federerin 4-cü olduğu sıralamada ilk 5-i qolf ustası Fil Mikelson tamamlayıb.

 

İlk 10-luq aşağıdakı şəkildə formalaşıb.

 

1. Kristiano Ronaldo – futbol

2. Lebron Ceyms – basketbol

3. Lionel Messi – futbol

4. Roje Federer – tennis

5. Fil Mikelson – qolf

6. Neymar – futbol

7. Useyin Bolt – yüngül atletika

8. Kevin Dürant – basketbol

9. Rafael Nadal – tennis

10. Tayqer Vuds – qolf

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar