Danimarka "Bakı 2015"ə yüksək səviyyədə gəlir
06 mart 2015 15:18 (UTC +04:00)

Danimarka "Bakı 2015"ə yüksək səviyyədə gəlir

 

 

Danimarka Olimpiya Komitəsi (DOK) Bakı - 2015-də yarışacaq idmançılarının sayını açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, danimarkalılar iyunda Azərbaycanda keçiriləcək Avropa Oyunlarına 65 idmançı ilə gəlməyi planlaşdırıblar. Bu idmançılar 17-yə yaxın idman növünü əhatə edəcək. Bildirilib ki, Avropa Oyunları 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq. Bakıda nə qədər peşəkar atletlər çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının Olimpiadaya hansı səviyyədə hazırlıqlı olduqları müəyyənləşəcək. Qeyd edək ki, iyunun 12-28-də təşkil olunacaq Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar