Astarada balıqçılar itkin düşdü  -YENİLƏNİB
10 dekabr 2025 12:10 (UTC +04:00)

Astarada balıqçılar itkin düşdü -YENİLƏNİB

0

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinala xəbərinə görə, itkin düşən 28 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

10:30

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

***

Astarada balıqçılar itkin düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hazırda itkin düşən şəxslərin axtarışları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1716

Oxşar yazılar