Daxili orqanlara zərbə:  bir çox adamın yanlış qəbul etdiyi dərmanlar
10 dekabr 2025 13:24 (UTC +04:00)

Daxili orqanlara zərbə: bir çox adamın yanlış qəbul etdiyi dərmanlar

0

Reseptsiz satılan dərmanlar düzgün qəbul olunmadıqda orqanizmdə ciddi pozuntulara səbəb ola bilər. Belə preparatlar gündəlik vəziyyətlərdə həqiqətən kömək edir. Təsəvvür edin ki, hər dəfə öskürək və ya ağrılı spazm yaşadığınızda həkimə gedib resept almağa məcbur olsaydınız həyat xeyli çətinləşərdi. Lakin bu dərmanların asan əldə olunması insanlarda yalan təhlükəsizlik hissi yaradır.

Lent.az xəbər verir ki, onların yanlış istifadəsi ciddi ziyan vura bilər.

Bəzi reseptsiz dərman kombinasiyaları xüsusilə təhlükəlidir. Həkimlər iki birləşməni qeyd edirlər ki, onları heç bir halda eyni vaxtda qəbul etmək olmaz.

İki reseptsiz dərman, hansıları birlikdə içmək qətiyyən olmaz

Yüksək hərarət və bədən ağrıları adamı yorduqda, bir çoxları üçün Tylenol və NyQuil birlikdə qəbul etmək məntiqli görünür: biri ağrını azaldır, digəri isə yuxunu yaxşılaşdırır. Lakin ailə həkimi Brynna Connor bunun böyük səhv olduğunu bildirir.

Onun sözlərinə görə, hər iki dərman asetaminofen tərkiblidir və insanlar çox vaxt bunun fərqinə varmadan ikiqat doza qəbul edirlər. Qaraciyər sutka ərzində bu maddəni yalnız məhdud miqdarda emal edə bilir sağlam yetkin bir insanda maksimum 4000 milliqram, lakin daha yaxşısı 3000 milliqramı keçməməkdir.

Hətta qısa müddətli doza həddinin aşılması belə qaraciyərə ciddi zərər vurub kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər.

Eyni hal NyQuil və Benadryl birlikdə qəbul edildikdə də baş verir. Ailə həkimi Part Bhavsar xəbərdarlıq edir ki, bu preparatların birgə qəbulu güclü yuxululuq, qarışıqlıq, görmə pozuntuları, tənəffüsün ləngiməsi, yıxılma riski və səhər güclü halsızlıq yarada bilər.

Həkim Gerda Meissel əlavə edir ki, Benadryl ilə Tylenol PM kimi yuxu dərmanlarının birlikdə qəbulu da təhlükəlidir. Səbəb isə eynidir: onların hər ikisi difenhidramin tərkiblidir. Nəticədə insan eyni maddədən normadan artıq qəbul edir ki, bu da başgicəllənmə, sidik saxlaya bilməmə, yaddaş pozğunluqları və xüsusilə həssas şəxslərdə yıxılma riskini artırır. Bütün mütəxəssislər vurğulayır: dərmanla artıq tanış olsanız belə, təlimatı hər dəfə oxumaq vacibdir.

Bir neçə preparat qəbul edirsinizsə, tərkiblərində eyni aktiv maddələrin olub-olmadığını mütləq yoxlayın. Bu, vitaminlərə də aiddir. Meissel bir pasiyentin nümunəsini qeyd edir: o, eyni vaxtda D vitamini, multivitaminlər, osteoporoz üçün əlavə və göz sağlamlığı üçün preparat qəbul edirdi hamısında D vitamini vardı və nəticədə qanındakı D vitamini normadan xeyli yüksək olmuşdu.

Soqyuqdəymə zamanı, Bhavsar deyir ki, bir neçə dərmanı qarışdırmaq əvəzinə, bir neçə simptomu eyni anda yüngülləşdirən kompleks vasitə seçmək daha doğrudur. Hər hansı şübhə yarandıqda isə ən yaxşı addım eczacıya müraciət etməkdir.

Həkimlər ayrıca reseptsiz dərmanlarla alkoqolun birgə qəbulu barədə xəbərdarlıq edirlər. Connor qeyd edir ki, spirt və asetaminofen birləşməsi ən toksik kombinasiyalardandır. Çünki həm spirt, həm də bu dərman qaraciyərdə parçalanır və birlikdə qaraciyər hüceyrələrini məhv edən zəhərli maddələrin yaranmasına səbəb olur. Davamlı olaraq asetaminofen qəbul etdikdə, hətta az miqdarda spirt belə təhlükə yarada bilər. Bütün həkimlərin fikri eynidir: reseptsiz preparatlara reseptli dərmanlar qədər ciddi yanaşmaq lazımdır.

Connor yekun olaraq bildirir: belə dərmanları “zərərsiz konfeti” kimi qəbul etmək olmaz. Bunlar güclü kimyəvi maddələrdir və onların yanlış istifadəsi ağır nəticələrə gətirib çıxara bilər. Əgər bir neçə dərmanı eyni vaxtda qəbul edirsinizsə, eyni maddəni fərqli mənbələrdən almadığınıza əmin olun. Kiçik bir şübhə belə yarandıqda eczaciyə sual vermək daha doğrudur bu, sizi ciddi sağlamlıq problemlərindən qoraya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar