Vətən müharibəsinin ilk günündən son gününədək cəbhədə döyüşən ehtiyatda olan kapitan, qazi Kənan Muradov döyüş xatirələrini bölüşüb.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, Kənan Muradov 44 günlük müharibədə Xocavənd istiqamətində bölük komandiri kimi döyüşüb, Ağdamın azad olunması zamanı ön xəttin qurulmasında iştirak edib.
Müharibədən sonra Türkiyədə komando kursu keçən zabit 2023-cü ilin antiterror əməliyyatına da qatılıb.
O, əməliyyat zamanı yaralanmasına baxmayaraq, döyüş mövqeyini tərk etməyib.
Qazi Kənan Muradov ən ağır döyüş anlarından, silahdaşlarının qəhrəmanlığından və Vətənə xidmət yolunda yaşadığı unudulmaz hadisələrdən danışıb.
Ətraflı APA TV-nin videomaterialında.