"İntihar edirdim,   möcüzə xilas etdi" - Əfsanəvi aktrisadan şok ETİRAFLAR
10 dekabr 2025 18:37 (UTC +04:00)

"İntihar edirdim, möcüzə xilas etdi" - Əfsanəvi aktrisadan şok ETİRAFLAR

0

Əfsanəvi fransız aktrisası Bricit Bardo, bu il 91 yaşını qeyd edən, öz həyatı haqqında çəkilmiş yeni sənədli filmdə həyatının ən qaranlıq anlarından danışıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Bardo etiraf edib ki, gəncliyində bir neçə dəfə intihar etməyə cəhd göstərib və yalnız bir “möcüzə” onun həyatını xilas edib.

"Özümü öldürməyə çalışmışdım və məni bir möcüzə xilas etdi", - deyə Bardo bildirib. 

Filmdə aktrisa həmçinin bu günə qədər depressiya ilə mübarizə apardığını vurğulayır: "Hər səhər oyanıram və özümü kədərli hiss edirəm".

Bardo qeyd edib ki, 1960-cı illərdəki populyarlığı və seks-simvol obrazı ona tez-tez təklik hissi yaşadırdı. O, vurğulayıb ki, onun üçün ən vacib olan heyvanlara hörmətdir:

“İnsanların məni xatırlayıb-xatırlamayacağı mənim üçün fərq etmir. Mən istəyirəm ki, heyvanlara göstərməli olduğumuz hörməti unutmasınlar. Yaşlandıqca insanlardan daha çox qorxuram. Mən insandan çox heyvanam”.

Bardo haqqında çəkilən sənədli film aktrisanın və komandasının “tam dəstəyi ilə” ərsəyə gəlib. Filmi Bardonun özü səsləndirir və o, Fransada dekabrın 3-dən kinoteatrlarda nümayiş olunur.

Rejissor Alen Berlinerin sözlərinə görə, aktrisanın səmimiyyəti sayəsində “xarici danışan olmadan - hekayəni Bricit Bardonun özünün danışdığı” bir film yaratmaq mümkün olub.

1973-cü ildə kinonu tərk etdikdən sonra Bardo özünü tamamilə heyvanların hüquqlarının müdafiəsinə həsr edib. 1986-cı ildə o, Bricit Bardo Fondunu yaradıb, vegetarian olub və heyvan hüquqları uğrunda fəal mübarizə aparır.

“İstəyirəm ki, insanlar bizi ilk növbədə heyvanlara olan hörmətimizlə xatırlasınlar”, - aktrisa yeni filmdə vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar