Türk biznesmen arvadına 50 milyon  dollarlıq alt paltarı aldı – 15 usta çalışıb
22 oktyabr 2026 10:29 (UTC +04:00)

Türk biznesmen arvadına 50 milyon dollarlıq alt paltarı aldı – 15 usta çalışıb

0

Dünyaca məşhur “Victoria’s Secret” brendinin 50 milyon dollar dəyərində qiymətləndirilən, brilyantlarla bəzədilmiş alt paltarı ilə bağlı sensasiyalı iddia ortaya çıxıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur model Kylie Jennerin Los-Ancelesdə keçirilən moda nümayişində təqdim etdiyi xüsusi dizaynın türkiyəli iş adamı tərəfindən alındığı iddia olunur. İddialara görə, adı açıqlanmayan iş adamı 50 milyon dollarlıq alt paltarını həyat yoldaşına hədiyyə etmək üçün əldə edib. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Nə “Victoria’s Secret”, nə də məhsulu hazırlayan “Jacob & Co.” şirkəti satışın baş tutduğunu açıqlayıb.

Məlumata əsasən, “Fantasy Bra” adlanan xüsusi dizaynın hazırlanmasında 4 min 410 təbii brilyantdan və qızıldan istifadə olunub. Təxminən 1,8 kiloqram ağırlığında olan alt paltarının mərkəzində 75,54 karatlıq sarı almaz yerləşir. Təkcə həmin daşın dəyərinin 22 milyon dollar olduğu bildirilir. Dəbdəbəli dizayn üzərində 15 usta çalışıb və hazırlanma prosesi 1000 saatdan çox davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar