Rüşvətə görə tutulan ekspertlər mediadan qaçmaq istədi, hakim imkan vermədi
10 dekabr 2025 18:30 (UTC +04:00)

Rüşvətə görə tutulan ekspertlər mediadan qaçmaq istədi, hakim imkan vermədi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun cinayət işi məhkəmə araşdırmasına verilib.

Lent.az xəbər verir ki, müdafiə vəkiləri çıxış edərək, bundan sonrakı məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib.

Vəkillər bu vəsatəti mətbuatda işlə bağlı çıxan məlumatların təqsirləndirilənlərə psixoloji olaraq pis təsir etməsi ilə əsaslandırıb.

Məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. 

Təqsirləndirilənlər - Rüfət Sultanov, Cavad Nərimanov, Elvin Ramazanov onlara qarşı irəli sürülən ittihamlarda özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra növbəti proses 7 yanvar saat 15:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən  ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.

Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar