Sabah Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 11-i saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.