Goranboy sakini qonşusunu bıçaqladı
10 dekabr 2025 23:28 (UTC +04:00)

Goranboy sakini qonşusunu bıçaqladı

0

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar