Apple şirkəti iPhone istifadəçilərinə Google Chrome və digər Google tətbiqlərindən istifadəyə məhdudiyyət qoymağı tövsiyə edib. Şirkət rəsmi açıqlamasında bildirir ki, “Safari Chrome"dan fərqli olaraq şəxsi məlumatlarınızı həqiqətən qoruyur”.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu xəbərdarlıq, reklam verənlərin və saytların istifadə etdiyi gizli rəqəmsal “barmaq izi” izləmə texnologiyası ilə bağlı narahatlıqlar fonunda edilib.
Niyə Apple "Chrome"dan istifadəni məhdudlaşdırmağı tövsiyə edir?
"Apple"nin məlumatına görə, Safari brauzeri cihazın texniki xüsusiyyətlərini “standartlaşdıraraq” fərqləndirilməsini çətinləşdirir. Bu da istifadəçilərin izlənməsinin qarşısını alır.
Google isə bu il rəqəmsal barmaq izinə əsaslanan izləmə mexanizmini yenidən aktiv edib və bu funksiya söndürülə bilmir.
Rəqəmsal barmaq izi nədir?
Bu texnologiya cihazdan toplanan çoxlu məlumatları birləşdirərək istifadəçi üçün unikal identifikator yaradır. Nəticədə, brauzeri silsəniz belə, sizi tanımaq mümkün olur. Mozilla da oxşar addım ataraq Firefox brauzerinə oxşar məxfilik qoruma mexanizmləri əlavə edib.
Safari hansı qoruma vasitələrini təklif edir?
Apple bildirir ki, Safari süni intellektlə məxfiliyi qoruyan üsullar tətbiq edir, gizli (private) baxışı təkmilləşdirib, məkan məlumatlarını daha yaxşı qoruyur, Google Docs, Sheets və Slides ilə tam uyğundur.
Amma tam təhlükəsizlik yoxdur
Apple xəbərdarlıq edir ki, "Safari"dən istifadə etsəniz belə, Google axtarış sistemi standart olaraq qalıbsa, yenə də bəzi məlumatlar Google tərəfindən toplanacaq.
Hətta Google tətbiqlərindəki istənilən parlaq linkə toxunmaq da məlumat ötürülməsinə səbəb ola bilər. Yəni "iPhone"də Google tətbiqlərindən istifadə etmək "Chrome"dakı kimi oxşar məxfilik riskləri yaradır.
Chrome hələ də ən populyar brauzerdir
Chrome dünyada milyardlarla insan tərəfindən istifadə olunur. Apple isə bildirir:
Chrome və ya Google tətbiqlərindən istifadə şəxsi məlumatların toplanmasına razılıq vermək deməkdir.
Şirkət iPhone sahiblərini seçim edərkən məxfiliyi nəzərə almağa çağırır.