Kənd Təsərrüfatı Nazirliyinin mərkəzində MƏNİMSƏMƏ
10 dekabr 2025 15:00 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin mərkəzində MƏNİMSƏMƏ

0

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.

Lent.az-ın APA-ya istinadla məlumata görə, Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə bağlıdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 992

Oxşar yazılar