Zaqatalada itkin düşən kişi tapılıb.
Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Akif Mehdiyev Balakən rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
***
Saat 20:54
Zaqatalada 39 yaşlı kişi itkin düşüb.
Lent.az xəbər verir ki, Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Akif Fərhad oğlu Mehdiyev dekabrın 8-i axşam saatlarında yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.
Yaxınlarının dediyinə görə, əqli zəifliyi olan Akif evdən gedən zaman əynində qara palto, boz şalvar və əlində paltarları olan idman çantası olub.
A. Mehdiyevin itkin düşməsi barədə yaxınları Zaqatala rayon Polis Şöbəsinə müraciət ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.