Beynəlxalq Kosmik Stansiyanın bortundan çəkilmiş Məkkənin möhtəşəm fotosu sosial şəbəkələrdə misilsiz rezonans doğurub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, fotoda müqəddəs Kəbə Yer səthindən 400 km hündürlükdən belə nəzərə çarpan parlaq bir nöqtə kimi seçilir. Bu kadrı NASA astronavtı Don Pettit dekabrın əvvəlində öz sosial şəbəkə hesablarında paylaşıb. O, yaxınlarda MKS-dən Yerə qayıdıb.
"Orbital görünüş – Məkkə, Səudiyyə Ərəbistanı. Mərkəzdəki parlaq nöqtə – kosmosdan belə görünən islamın əsas ziyarətgahı Kəbədir", – o tarixi fotosunu şərh edib.
Şəkil dərhal sosial şəbəkələrdə yayılaraq dünyanın hər yerində istifadəçilərin heyranlıq və təəccüb dolu reaksiyasına səbəb olub.