Çili Amerika kubokunun qalibi oldu
05 iyul 2015 04:12 (UTC +04:00)

Çili Amerika kubokunun qalibi oldu

Bu gecə futbol üzrə Amerika kubokunun qalibi müəyyənləşib.

 

APA-nın məlumatına görə, Santyaqoda keçirilən final matçında turnirə sahiblik edən Çili və Argentina yığma komandaları qarşılaşıb.

 

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması rəqibinə 4:1 hesabı ilə qalib gələrək Amerika kubokuna sahib olub.

 

Qeyd edək ki, Çili yığması tarixdə ilk dəfə olaraq Amerika kubokunun qalibi olub. 

 

Bir gün əvvəl isə Peru 2:0 hesabı ilə Paraqvay yığmasını məğlub edərək turnirin bürünc medallarını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar