Almaniyanın “Ştutqart” komandasının müdafiəçisi Ailton Silvanın “Qarabağ”a keçidi rəsmiləşib.
Lent.az-ın qol.az-a istinadən məlumatına görə,bu gün komandanın düşərgəsinə qoşulan və tibbi müayinədən keçən braziliyalı sol kənar müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2019-2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirəcək.
Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.