Rusiyada keçirilən dünya çempionatı davam edir. Bu gün 1/8 final mərhələsində meydana ilk olaraq meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (1:1). Rusiya yığması penalti seriyasında İspaniyanı məğlub edərək ilk dəfə DÇ-nin 1/4 finalına yüksəlib.