“Qarabağ” - “Viktoriya” oyununun hakimləri açıqlandı
23 iyul 2016 14:15 (UTC +04:00)

“Qarabağ” - “Viktoriya” oyununun hakimləri açıqlandı

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya” ilə keçirəcəyi ilk oyunun hakimləri məlum olub. Lent.az klubun saytına istinadən xəbər verir ki, “Dusan Arena”da baş tutacaq qarşılaşmada makedoniyalı hakimlər briqadası iş başında olacaq.

 

Baş hakim Aleksandar Stavrevə həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Dimitar Mekarovski olacaq.

 

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi funksiyasını isə rumıniyalı İonel Piskanu yerinə yetirəcək.

 

Qeyd edək ki, "Viktoriya” - "Qarabağ" matçı iyulun 26-da, Bakı vaxtı ilə 22:15-də start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

Oxşar yazılar