Xavi 2025-ci ilin ən sevimli futbolçusunun  adını çəkdi: bu Pedri deyil
08 oktyabr 2025 17:54 (UTC +04:00)

Xavi 2025-ci ilin ən sevimli futbolçusunun adını çəkdi: bu Pedri deyil

0

Müsahibə zamanı Xavi Hernandesdən 2025-ci ilin ən sevimli oyunçusunu müasir futbolun ulduzları arasından seçməsi istənilib və eyni zamanda onun “Barselona”ya sadiqliyi yoxlanılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, əvvəlcə Niko Uilyamsı seçib, sonra Rafinyaya keçib, lakin gözlənilmədən PSJ-dən Vitinyanın adını çəkib. Bununla belə, növbəti turda Xavi tərəddüd etmədən yenidən Pedrinin adını çəkib, hətta onu Mbappe və “Qızıl top” Dembeledən də üstün tutub.

Lakin son seçim hamını təəccübləndirib: Pedri və Lamin Yamal arasında əfsanəvi keçmiş futbolçu Yamalı seçib və bununla da “Barselona”nın gələcəyini kimin hesab etdiyini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar