Türkiyədə futbol oyunlarının bərpa vaxtı  dəyişdirildi
09 fevral 2023 21:23 (UTC +04:00)

Türkiyədə futbol oyunlarının bərpa vaxtı dəyişdirildi

Zəlzələ səbəbindən dayandırılan Türkiyənin futbol çempionatlarının bərpa vaxtı dəyişdirilib.

Lent.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası prezidenti Mehmet Büyükekşi bu barədə açıqlama verib:

"Daha öncə təxirə saldığımız oyunları martın 3-4-də oynatmaq qərarı verdik".

Qeyd edək ki, daha əvvəl çempionatların 1 həftəlik dayandırıldığı bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Oxşar yazılar