"Çelsi"nin keçmiş baş məşqçisi Tomas Tuxel "Bavariya"nı çalışdırmağa hazırdır.
Lent.az bildirir ki, "Bild"in məlumatına görə, almaniyalı mütəxəssis məşqçilik karyerasına fasilə vermək istəmir və iş xatirinə maaşını aşağı olmasına da hazırdır.
Münhen klubunun rəhbərliyi Yulian Nagelsmannın işindən narazıdır. "Bavariya" 7 oyunda 12 xal toplayıb və 5-ci yerdədir.
Tuçelin namizədliyi Massimiliano Alleqrinin işindən narazı qalan Turin təmsilçisi "Yuventus"da da nəzərdən keçirilir.