Teymur Rəcəbov və Levon Aronyan
25 aprel 2021 02:10 (UTC +04:00)

Teymur Rəcəbov və Levon Aronyan

Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi

Onlayn şahmat üzrə Çempionlar Turunun V mərhələsi olan "New İn Chess" adlı turnirə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə başlayıb.

İlk turda Şəhriyar “qaralar”la Hikaru Nakamura (ABŞ), Teymur “ağlar”la Qaveyn Consla (Böyük Britaniya) görüşüb. Hər iki qarşılaşmada ağ fiqurların sahibi qələbə qazanıb.

Şahmatçılarımızın ikisi də II turda “ağlar”la oynayıb. Şəhriyar Alireza Firuzya (FIDE), Teymur Aryan Tari (Norveç) ilə qarşılaşmadan qalib ayrılıb.

Təmsilçilərimizin qara fiqurlarla oynadığı III turda Rəcəbov prinsipial rəqibi Levon Aronyanı (Ermənistan), Məmmədyarov isə Yan Kşiştof Dudanı (Polşa) sınağa çəkib. Şəhriyarın ardıcıl 2-ci qələbəsini qazandığı turda Teymur yarım xalla kifayətlənib. 

Qeyd edək ki, dünya çempionu Maqnus Karlsen istisna olmaqla planetin ən güclü şahmatçıları Rusiyada təşkil olunan İddiaçılar turnirində mübarizə apardığından heyəti o qədər də güclü olmayan "New İn Chess"də 16 iştirakçı qüvvəsini sınayır. 3 gün ərzində dairəvi sistemlə mübarizə aparacaq şahmatçılar 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar