Sulşer millinin baş məşqçisi olmaqdan  imtina etdi
11 oktyabr 2024 20:31 (UTC +04:00)

Sulşer millinin baş məşqçisi olmaqdan imtina etdi

Norveçli mütəxəssis Ule-Qunnar Sulşer Danimarka millisinin baş məşqçisi olmaqdan istefa verib.

Lent.az bildirir ki, “Tipsbladet”in məlumatına görə, Danimarka Futbol İttifaqı Sulşerə təklif etsə də, rədd cavabı alıb. Qeyd olunur ki, 51 yaşlı norveçli adı açıqlanmayan top-klubda işləmək üçün danışıqlar aparır.

Sulşerin son iş yeri 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına kimi rəhbərlik etdiyi “Mançester Yunayted” olub. Sulşer əvvəllər “Molde” və “Kardiff”də də çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Oxşar yazılar