Ronaldo “Yuventus”u məhkəməyə verir - SƏBƏB
16 sentyabr 2023 15:43 (UTC +04:00)

Ronaldo “Yuventus”u məhkəməyə verir - SƏBƏB

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo maaş borcuna görə “Yuventus”u məhkəməyə vermək qərarına gəlib.

Lent.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bildirilir ki, Ronaldonun “Yuventus”la gizli müqaviləsi var idi və bu, COVID-19 pandemiyası zamanı Turin klubuna maaşları təxirə salmağa imkan verib. Müqaviləyə əsasən, italyanlar Ronaldoya daha 19,9 milyon avro köçürməlidirlər. Portuqaliyalının ayrılacağı təqdirdə bu ödənişin ona veriləcəyi vəd edilmişdi.

Qeyd edək ki, K. Ronaldo “Mançester Yunayted”dən əvvəl “Yuventus”da oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5562
avatar

Oxşar yazılar