Rodriqo  "Real"dakı gələcəyindən danışdı
09 avqust 2024 11:58 (UTC +04:00)

Rodriqo "Real"dakı gələcəyindən danışdı

"Real Madrid"in hücumçusu Rodriqo Madrid klubunu tərk etmək fikrində deyil.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu komandadakı mövqeyindən razıdır və hücumçu Kilian Mbappenin gəlişi ilə daha az oyun keçirəcəyindən narahat deyil.

Rodriqonun gedə biləcəyi əsas klub baş məşqçi Xose Qvardiolanın maraqlandığı “Mançester Siti” hesab olunur.

Futbolçunun "Real"la müqaviləsi 2028-ci ilə qədərdir və transfer dəyəri 110 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar