Qazaxıstan, Özbəkistan və İsrail tennisçiləri oyuna görə cəzalandırılıblar.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Beynəlxalq Tennis Fair Play Agentliyi üç oyunçunun - qazaxıstanlı Timur Xabibulin, özbəkistanlı Sancar Fayziyev və israilli İqor Smilanskinin antikorrupsiya qaydalarını dəfələrlə pozduğuna görə yarışlardan kənarlaşdırıldığını elan edib.
İşə baxan müstəqil zabit belə nəticəyə gəlib ki, idmançılar matçların müəyyən anlarını saxtalaşdırıblar, mərc etməyə kömək ediblər, korrupsiya sxemləri barədə məlumat verməyiblər və Xabibulin də digər oyunçulara pul təklif edib.
Xabibulin 2014-2018-ci illərdə 18, Fayziyevdə 5, Smilanskidə isə 3 qayda pozuntusu qeydə alınıb.
Xabibulinin dünya reytinqində ən yaxşı mövqeyi 2016-cı ildə 753-cü, Faiziyev 2017-ci ildə 253-cü, Smilanski 2018-ci ildə 451-ci olub.