Millimizin baş məşqçisi bu futbolçulardan İMTİNA ETDİ
09 oktyabr 2021 14:34 (UTC +04:00)

Millimizin baş məşqçisi bu futbolçulardan İMTİNA ETDİ

Azərbaycan millisinin bu gün İrlandiyaya qarşı keçiriləcək oyunu üçün “23-lüy”ü bəlli olub.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə oyunlarının hazırlığı prosesində sərəncamında

25 futbolçu olan baş məşqçi Canni de Byazi onların ikisindən imtina edib.

Bunlar Bəxtiyar Həsənalızadə və Rövlan Muradovdur. Millinin debütantları İrlandiya ilə görüşdə heyətdə olmayacaq. Onların debütü ən yaxşı halda Serbiya səfərində baş tutacaq.

Qeyd edək ki, 26 nəfərlik ilkin siyahıda yer alan Bəhlul Mustafazadə bir gün əvvəl komandadan ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Oxşar yazılar