Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO
17 aprel 2024 10:19 (UTC +04:00)

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat “Qızıl top”un sahibi Lionel Messinin ortancıl oğlu “İnter Mayami” uşaq komandası ilə oyunda komandasına beş qol vurub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib.

Qeyd edək ki, Lionel Messi uşaqlıqda tanış olduğu Antonella Rokuzzo ilə evlidir. Cütlüyün üç oğlu var. Ən böyüyü Tiaqo 2012-ci ildə, Mateo üç il sonra, Çiro isə 2018-ci ildə anadan olub.

Messi bu mövsüm MLS-də 8 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentinalı hücumçu 2023-cü ilin yayında ailəsi ilə birlikdə ABŞ-a köçüb. Onun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilə qədərdir.

# 2469
avatar

Oxşar yazılar