Argentinalı hücumçu Lionel Messinin bacısı Maria Sol Messi yol qəzasında çoxsaylı xəsarətlər alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, rəsmi məlumata görə, hadisə Mayami şəhərində baş verib. Maria Solun avtomobili idarəetmədən çıxaraq, divara çırpılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur. KİV-lərin yazdığına görə, zərərçəkən iki fəqərə sınığı, daban və bilək sınığı alıb.
Qəza səbəbindən Maria Sol Messi 2026-cı il yanvarın 3-də Rosarioda keçirilməsi planlaşdırılan toy mərasimini təxirə salıb. Onun seçdiyi şəxs “Inter Miami”nin gənclər komandasının məşqçilər heyətinin üzvü Xulian Arellanodur. Klubun əsas komandasında isə onun qardaşı Lionel Messi çıxış edir.
