Məşhur futbolçu  cinsi təcavüzə görə   həbs olunacaq
19 yanvar 2023 14:47 (UTC +04:00)

Məşhur futbolçu cinsi təcavüzə görə həbs olunacaq

"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves cinsi təcavüzdə şübhəli bilindiyindən Kataloniya polisi tərəfindən həbs olunacaq.

Lent.az bildirir ki, xarici mətbuatın yazdığına görə, dekabrın 30-da Barselonada gecə klublarından birində vaxt keçirən futbolçu ziyarətçilərdən birinə təcavüz edib və bundan narazı qalan xanım müəssisənin təhlükəsizliyinə şikayət edib və o, polisə müraciət edib.

Hazırda futbolçu yerli “Pumas” futbol klubunda oynadığı üçün Meksikadadır, lakin yanvarın 20-də ondan Kataloniya paytaxtının polisinə gəlməsi tələb olunacaq və orada müstəntiqə izahat verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Oxşar yazılar