Mbappe  İngiltərədə   oynaya bilər
13 iyun 2023 15:38 (UTC +04:00)

Mbappe İngiltərədə oynaya bilər

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını Premyer Liqada davam etdirə bilər. 

Lent.az bildirir ki, bu barədə “The Times” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Çelsi" və "Mançester Yunayted" 24 yaşlı hücumçunun xidmətində maraqlıdır və yay transfer pəncərəsində futbolçunu almaq üçün cəhd etməyə hazırdır. Bildirilir ki, mankunianlılar "Tottenhem"in hücumçusu Harri Keynin transferinə daha çox meyllidirlər, "Real" isə fransalı oyunçuya əsas namizəd olaraq qalır.

Daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub göndərdiyi və orada transferə çıxarıldığı Paris komandası ilə müqavilənin uzadılmasını aktivləşdirməkdən imtina etdiyini bildirdiyi xəbəri yayılıb.

Əlavə edək ki, PSJ Mbappeni 2018-ci ilin iyulunda “Monako”dan alıb. O, ötən mövsüm “qırmızı-göylər”in heyətində 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt”ın məlumatına görə, onun transfer dəyəri 180 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar