Mançester derbisi zamanı barmen  işdən qovuldu - SƏBƏB
16 sentyabr 2025 13:23 (UTC +04:00)

Mançester derbisi zamanı barmen işdən qovuldu - SƏBƏB

0

“Etihad”da keçirilən Mançester derbisi Erlinq Haalandın dublu və Fil Fodenin qolu sayəsində “Mançester Siti”nin “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub etməsi ilə başa çatıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ancaq komandalardan birinin əməkdaşı üçün həmin gün çox fərqli şəkildə yadda qalacaq.

Stadionda işləyən bir barmen növbəyə “Mançester Yunayted” forması ilə gəlib. Pərəstişkarları tez fərqinə varıb, fotolarını çəkib sosial şəbəkələrdə yerləşdiriblər.

Klubun reaksiyası dərhal olub:

"Bu məsələni diqqətimizə çatdırdığınız üçün təşəkkür edirik. Biz bu şəxsin tutduğu vəzifədən azad edildiyini təsdiqləyə bilərik", - açıqlamada bildirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar