Kiprin “Karmiotissa” futbol klubunun prezidenti Stavros Dimostenus güllələnib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Limassol avtomagistralında baş verib. Naməlum motosikletçi Dimostenusun avtomobilinə atəş açıb. Hadisədən əvvəl mikroavtobusla onun maşınının qarşısını kəsiblər.
“Karmiotissa” klubunun prezidenti aldığı güllə yaralarından tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerində polis əməkdaşları işləyir, magistral yol bağlanıb.
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən Kiprin “Karmiotissa” klubu ölkə çempionatının birinci divizionundan aşağı liqaya düşüb.