İtaliya çempionatında DƏYİŞİKLİK:  qızıl intriqa 
29 iyun 2022 11:27 (UTC +04:00)

İtaliya çempionatında DƏYİŞİKLİK: qızıl intriqa 

İtaliya Futbol Federasiyasının iclasında ölkə çempionatının reqlamentində dəyişikliklər təsdiqlənib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, növbəti mövsümdən etibarən A Seriyası "qızıl matç"ı tətbiq ediləcək. 

Turnir cədvəlində ilk iki yeri tutan komandaların eyni sayda xal toplaması şərti ilə “Qızıl matç” keçiriləcək.

Belə bir oyunun formatına əlavə vaxt daxil deyil. Əgər 90 dəqiqənin sonunda nəticə heç-heçə olarsa, komandalar dərhal penaltilər seriyasına keçəcək.
 

# 1788
avatar

Oxşar yazılar