İslam Həmrəyliyi Oyunlarının proqramı dəqiqləşdi
04 yanvar 2021 10:55 (UTC +04:00)

İslam Həmrəyliyi Oyunlarının proqramı dəqiqləşdi

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında idman növlərinin tam siyahısı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 2021-ci il sentyabrın 10-dan 19-dək keçiriləcək multi-idman yarışında 20 növ üzrə qaliblər müəyyənləşəcək. 

56 ölkədən 3 minə yaxın idmançının qatılacağı Konya-2021-in proqramına atletika, badminton, basketbol 3x3, velosiped idmanı (trek və şose), gimnastika (aerobika və idman), futbol, güləş (sərbəst və yunan-Roma), ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, taekvondo, voleybol, üzgüçülük, qılıncoynatma, oxatma, ənənəvi oxatma və bocce daxildir.

Qeyd edək ki, bundan əvvəlki İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Bakıda keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359
avatar

Oxşar yazılar