Futbol klubu start heyətinə 11  it adı   yazdı
11 oktyabr 2026 09:35 (UTC +04:00)

Futbol klubu start heyətinə 11 it adı yazdı

0

Macarıstanın "Zalaeqerseq" klubu ölkə çempionatının 9-cu turunda "Níredháza" ilə oyun üçün qeyri-adi şəkildə start heyətini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbolçuların əvəzinə klub Bogáncs sığınacağından olan 11 itin şəkillərini və adlarını yayıb. Aksiya oktyabrın 4-də qeyd olunan Ümumdünya heyvanlar günü ilə üst-üstə düşmək üçün təşkil edilib.

"Zalaeqerseq" evsiz heyvanlar problemi barədə məlumatlılığı artırmağa və onlara yeni evlər tapmağa kömək etməyə ümid edir.

Daha əvvəl oyunçular, məşqçilər heyəti və klub işçiləri sığınacağa baş çəkib, orada sakinləri ilə vaxt keçirib və itləri gəzdiriblər. Oyundan əvvəl azarkeşlər sığınacağın itləri ilə stadionda görüşmək imkanı əldə edəcəklər.

"Zalaeqerseq"  Macarıstan liqasının turnir cədvəlində səkkiz oyundan altı xalla 11-ci, "Níredháza" isə səkkiz xalla onuncu yerdədir.

Komandalar arasında oyun oktyabrın 11-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar