FIFA ötən ilin ən yaxşılarını   açıqladı - SİYAHI
16 yanvar 2024 05:17 (UTC +04:00)

FIFA ötən ilin ən yaxşılarını açıqladı - SİYAHI

FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.

Lent.az xəbər verir ki, 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.

Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən argentinalı ulduz Lionel Messi seçilib.

Nominasiyalar üzrə qalib olanlar aşağıdakılardır:

Ən yaxşı kişi futbolçu

Lionel Messi (“İnter Mayami”, Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”, İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti”, İspaniya)

Ən yaxşı qadın baş məşqçi

Sarina Viqman (İngiltərə millisi, İngiltərə)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti”, Braziliya)

Ən yaxşı qadın qapıçı

Meri Erps (“Mançester Yunayted”, İngiltərə)

“Puşkaş mükafatı”na namizədlər

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

“Ən yaxşı azarkeş” mükafatı

Huqo Daniel

"İlin rəmzi komandası”

Qapıçı: Tibo Kurtua

Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş

Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Jud Bellinqem

Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3489
avatar

Oxşar yazılar