"Qalatasaray"ın keçmiş baş mğşqçisi Fatih Terim istefaya göndəriləndən bəri heç bir komandanı çalışdırmayıb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Fatih Terimə sürpriz bir təklif gəlib. Təcrübəli məşqçinin yeni komandanı çalışdırıb-çalışdırmayacağı isə maraq doğurur.
"Ajansspor" 69 yaşlı onunla bağlı yeni iddia gündəmə gətirib. İddiaya görə, Fatih Terimə Misir milli komandasından təklif gəlib. Məlum olduğu kimi, Misir 2022 FIFA Dünya Çempionatının Afrika seçmə mərhələsində Seneqal tərəfindən mübarizədən kənarlaşdırılıb və Qətərdə keçiriləcək finala vəsiqə ala bilməyib.