“Mançester Siti”nin ulduz futbolçusu Erlinq Haaland Premyer Liqada ilk dörd səfər oyununda ardıcıl qol vuran ilk futbolçu olub.
Lent.az xəbər verir ki, Erlinq Haaland "Mançester Siti"nin "Vulverhempton"ə qarşı oyununda bir ilkə imza atıb.
Oyunun 16-cı dəqiqəsində torları silkələyən Erlinq Haaland Premyer Liqada ilk dörd səfər oyununda ardıcıl qol vuran ilk futbolçu olub.
Bundan əlavə, norveçli ulduz Premyer Liqanın ilk 10 oyununda bombardirlər sırasına çataraq ümumilikdə 11 qol atıb. O, buna 7 oyunda nail olub.