DÇ-2022: Bir komandadan  12 oyunçu   meydana çıxdı
24 noyabr 2022 17:46 (UTC +04:00)

DÇ-2022: Bir komandadan 12 oyunçu meydana çıxdı

Fransa komandası dünya çempionatına uğurla başlayıb. Didye Deşamın komandası Avstraliyanı 4:1 hesabı ilə məğlub edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ikinci hissədə nadir və maraqlı epizod yaşanıb.

73-cü dəqiqədə avstraliyalı məşqçilər korpusu ikili əvəzetmə edib. Qaranq Kuol və Aver Mabil meydana daxil olublar - onlar ehtiyat hakim Salima Mukansanqidən icazə alıblar. Ruandadan olan hakim isə səhv edib, çünki həmin anda meydanı yalnız Rayli Makqri tərk edib, ona görə də iki futbolçunun birdən meydana girməsinə icazə verilməməli idi.

Yayım zamanı rejissor Olivier Jirunun ikinci qolunun təkrarını göstərib və əvəzetmə prosesinin özü bir neçə saniyə çəkib. Baş hakim Viktor Qomez fit çalaraq oyunu yenidən başlasa da, sonra oyunu dayandırıb.

Fubol ekspertlərinin fikrincə, bir komandanın meydanda 12 oyunçusunun olduğu anda qol vurulmayıbsa, komandaları heç bir təhlükə gözləmir. Amma raport yazılacaq və ehtiyat hakim buna görə cəzalandırlacaq. Baş hakimə gəldikdə, o, meydandakı oyunçuları saymağa məsul deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Oxşar yazılar