London “Çelsi”si rəsmi saytında daha əvvəl “Sauthempton”da çıxış etmiş yarımmüdafiəçi Romeo Lavianın transferini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 19 yaşlı futbolçu “mavilər”lə 7 illik müqavilə imzalayıb.
“Romeonu “Çelsi”də qarşıladığımız üçün çox şadıq. O, ötən mövsüm Premyer Liqada “Sauthempton”la öz keyfiyyətlərini göstərib, gənc yaşına baxmayaraq yetkinlik nümayiş etdirib. O, bir müddətdir izlədiyimiz futbolçudur. İnanırıq ki, o, yeni mövsümdə və gələcək illərdə Çelsi-də təsir bağışlamağa hazırdır,”, deyə “Çelsi”nin birgə idman direktorları Laurence Stüart və Paul Uinstanley transferi şərh edib.
Belçikalı ötən mövsüm 35 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.