Bu mövsüm “Napoli”nin  3-cü baş məqşçisi   oldu
20 fevral 2024 16:48 (UTC +04:00)

Bu mövsüm “Napoli”nin 3-cü baş məqşçisi oldu

"Napoli" Françesko Kalzonanın komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

“Françesko Kalzona bizim yeni baş məşqçimizdir. Xoş gəldiniz, cənab”, - Lent.az xarici KİV-ə istinadən bildirir ki, klubun X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi hesabında deyilir.

Xatırladaq ki, Kalzona əvvəllər “Napoli”də çalışıb, Luçano Spallettinin köməkçisi, sonra isə texniki inkişaf üzrə məşqçi kimi çalışıb. Bundan əvvəl o, “Peruca”, “Alessandriya”, “Sorrento”, “Empol”i və “Kalyari” klublarında assistent olub. 

Kalzona bu mövsüm neapolluların üçüncü baş məşqçisidir; Mazzarridən əvvəl komandanı Rudi Qarsiya çalışdırırdı.

İtaliya çempionatının 24 turundan sonra "Napoli" 36 xal toplayıb və hazırda onuncu pillədə qərarlaşıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4152
avatar

Oxşar yazılar