Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulacaq.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində son matçlar baş tutacaq.
Qəbələdə çempionatın autsayderləri görüşəcək. Xal üzünə həsrət qalan “Kəpəz” “Şamaxı”nı qəbul edəcək.
Tura Azərbaycan çempionu yekun vuracaq. “Qarabağ” Zirədə eyniadlı komandanın qonağı olacaq. Hələ xal itirməyən Qurban Qurbanovun yetirmələri liderliyi ələ keçirmək üçün mütləq qalib gəlməlidir.
Qeyd edək ki, növbəti turun matçları sentyabrın 30-da start götürəcək.
Misli Premyer Liqası
VII tur
18 sentyabr (bazar)
18:00. “Kəpəz” – “Şamaxı”
Baş hakim: Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Qarabağ”
Baş hakim: Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu